Bütün xəbərlər
Borrell: "Aİ ABŞ-ın Kiyevə yardımının kəsilməsini kompensasiya etməlidir"
Tarix: 11-11-2023 15:55 | Bölmə: Siyasət

Aİ ölkələri ABŞ-ın Ukraynaya yaxın gələcəkdə azaldıla biləcək yardımını kompensasiya etməyə siyasi cəhətdən hazır olmalıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu birliyin xarici siyasət xidmətinin rəhbəri Xosep Borrel Avropa Sosialistlər Partiyasının Malagada keçirilən Konqresində çıxışı zamanı deyib.
“Aİ ölkələri Ukraynanı dəstəkləməyə davam etməyə və ABŞ-ın azalacağı ehtimal olunan yardımını kompensasiya etməyə siyasi cəhətdən hazır olmalıdırlar”, - Avropa diplomatiyasının rəhbəri bildirib.
Bundan əlavə, Borrell etiraf edib ki, Ukraynanın Rusiya üzərində qələbəsi “yaxın gələcəkdə gözlənilmir” və bunu Avropa İttifaqının əsas problemi adlandırıb.
"Bizim bir çox problemimiz var. İlk növbədə, Rusiya üzərində sürətli qələbə gözlənilməyən Ukrayna", - o deyib.
"Bloomberg" daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı çox güman ki, 2024-cü ilin martına qədər Ukraynaya vəd edilmiş bir milyon artilleriya sursatını verə bilməyəcək.



Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər