Bütün xəbərlər
Böyük Britaniya anti-Rusiya sanksiyalarını genişləndirdi
Tarix: 08-11-2023 17:38 | Bölmə: Siyasət

Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sənəd Britaniya hökumətinin rəsmi saytında dərc olunub.
Londonun fikrincə, RSPP Rusiya iqtisadiyyatının strateji əhəmiyyətli sektorlarında biznes qurmaq və onun hökumətinə dəstək verməklə maddi nemətlər əldə etməkdə iştirak edir.
“RİA Novosti” xəbər verir ki, genişləndirilmiş siyahıya Rusiyanın Milli Təkrar Sığorta Şirkəti və Ural Mədən-Metallurgiya Şirkəti, “Rosfinmonitorinq”in rəhbəri Yuri Çixançin və “Krastsvetmet” şirkəti də daxildir.



Baxış sayı: 261


Bölməyə aid digər xəbərlər