Bütün xəbərlər
Tramp Zelenskinin dəvəti ilə Kiyevə səfər etməkdən imtina edib
Tarix: 07-11-2023 09:18 | Bölmə: Siyasət

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin Kiyevə səfər təklifini rədd edib.
“Prezident Zelenskiyə böyük hörmətim var, amma düşünürəm ki, hazırda Ukraynaya getmək yersizdir”, – Tramp "Newsmax"-a müsahibəsində deyib.
O, qərarını maraqların toqquşması kimi izah edib, çünki “Bayden administrasiyası indi Zelenski ilə məşğuldur”.
Donald Tramp əvvəllər dəfələrlə Ukrayna münaqişəsini 24 saat ərzində həll edə biləcəyini iddia edib və Ağ Evin hazırkı rəhbəri Co Baydeni gərginliyin artmasına şərait yaratmaqda ittiham edib.
Bazar günü, noyabrın 5-də Ukrayna prezidenti Vladimir Zelenski NBC telekanalında Trampı ölkəyə səfərə dəvət edib. Kiyev rejiminin başçısı bildirib ki, cəmi 24 dəqiqə ərzində o, ABŞ-ın keçmiş liderinə münaqişəni tez bitirməyin mümkünsüzlüyünü sübut edəcək.


Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər