Bütün xəbərlər
Türkiyə Qəzzadakı vəziyyətlə bağlı qarant kimi çıxış etməyə hazır olduğunu bildirib
Tarix: 04-11-2023 15:27 | Bölmə: Siyasət

Ankara İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün qarant kimi çıxış etməyə hazırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə şənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Türkiyənin Qəzzada qarant ölkə olmasından daha təbii nə ola bilər?", - deyən Türkiyə lideri, "Yəni orada da qarant ölkə rolunu öz üzərimizə götürə bilərik. Bunun hansı formada olacağını zaman göstərəcək".
Ərdoğanın sözlərinə görə, Türkiyənin Qəzzadakı vəziyyətlə bağlı qarant rolu təbii olacaq. “Bu, praktiki olaraq tarixi, bu günü və gələcəyi formalaşdıracaq inkişaf olacaq”, - dövlət başçısı qeyd edib.
Eyni zamanda Ərdoğan bildirib ki, quru əməliyyatı başlayandan sonra İsrailin baş naziri Binyamin Netanyahunu həmsöhbət kimi qəbul etməyi dayandırıb. Hazırda onun yəhudi dövlətinin hökumət başçısı ilə heç bir əlaqəsi yoxdur. “Biz onun (Netanyahunu) üstündən xətt çəkdik” deyib.
Türkiyə prezidenti həmçinin Fələstin-İsrail münaqişəsi mövzusunda bütün maraqlı tərəflərin iştirakı ilə konfrans keçirməyi planlaşdırdığını açıqlayıb.



Baxış sayı: 265


Bölməyə aid digər xəbərlər