Bütün xəbərlər
Fələstin lideri Moskvaya səfərini ləğv edib
Tarix: 03-11-2023 20:51 | Bölmə: Siyasət

Fələstin prezidenti Mahmud Abbasın noyabrın 15-də Moskvaya planlaşdırılan səfəri ləğv edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.
Diplomat imtinanı Fələstindəki çətin vəziyyətlə izah edib. TASS agentliyi yazır ki, Abbas belə bir anda regionu tərk edə bilməz.
Bundan əvvəl İsrail hərbçilərinin Qəzza zolağında Əl-Şifa xəstəxanasının ərazisinə hücum etdiyi məlum olub. Raket tibb müəssisəsinin girişinin yaxınlığında partlayıb. Hazırda 15 nəfərin öldüyü bildirilir.
Xatırladaq ki, regionda vəziyyət oktyabrın 7-də HƏMAS-ın İsrailə raket zərbəsi endirməsi, bundan sonra hərəkatın silahlı birləşmələri yəhudi dövlətinin ərazisinə daxil olması ilə gərginləşib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağına irimiqyaslı zərbələr endirərək, anklavda minlərlə dinc sakini öldürüb.



Baxış sayı: 203


Bölməyə aid digər xəbərlər