Bütün xəbərlər
Şotlandiya baş nazirinin arvadının valideynləri Qəzzadan təxliyə edilməsini gözləyir
Tarix: 03-11-2023 16:44 | Bölmə: Siyasət

Şotlandiyanın birinci naziri Həmzə Yusifin qayınatası və qayınanası hazırda Qəzza zolağından Misirə getməyi gözləyən Rəfah keçid məntəqəsindədir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Sky News" yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, bu gün sərhədi keçməyə icazə veriləcək 92 Britaniya vətəndaşı arasında Həmzə Yusifin həyat yoldaşının valideynləri də var.
Daha əvvəl Rəfah keçid məntəqəsinin administrasiyası məlumat vermişdi ki, bu gün 570-dən çox insan, o cümlədən ikili vətəndaşlığı olan şəxslər anklavdan təxliyə edilə biləcək. Onların böyük əksəriyyəti ABŞ pasportu olanlardır. Siyahıda ruslar yoxdur.
Bu arada İsrail ordusu Qəzza şəhərinin mühasirəyə alınması əməliyyatını başa çatdırıb. İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, ordu indi "Həmas"ın postlarına, qərargahlarına, atış məntəqələrinə və infrastrukturuna hücum edir.


Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər