Bütün xəbərlər
Kreml bölgəni nizama salan Dağıstanın rəhbərini dəstəkləyir
Tarix: 02-11-2023 15:30 | Bölmə: Siyasət

Dağıstanın rəhbəri Sergey Melikov öz bölgəsini nizama salır - bu, onun səlahiyyətidir və Kreml bu işdə onu dəstəkləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
"O, belə bir hadisədən sonra öz bölgəsində nizam-intizam yaradır", - deyə, Peskov Mahaçqala hava limanında daha əvvəl baş verən iğtişaşlara istinad edərək bildirib.
Oktyabrın 29-da Dağıstan sakinləri Təl-Əvivdən təyyarənin gəldiyi hava limanının uçuş-enmə zolağına çıxıblar. Onlar İsrail hakimiyyətinin Qəzza zolağı ilə bağlı siyasətindən narazılıqlarını ifadə edərkən, İsraildən gələn şəxsləri axtarırdılar.
Daxili İşlər Nazirliyi kütləvi iğtişaşlara görə cinayət işi açıb və 150 iştirakçını müəyyən edib. Melikov bütün təşkilatçıların və ən fəal etirazçıların məsuliyyətə cəlb ediləcəyini, lakin hakimiyyətin “cadugərləri təqib etməyəcəyini” söyləyib.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər