12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Fəallar Blinken və Ostinə bir neçə dəfə müdaxilə ediblər
Tarix: 31-10-2023 19:46 | Bölmə: Siyasət

ABŞ Konqresində dövlət katibi Antoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostinin iştirakı ilə keçirilən dinləmələr İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarına və Vaşinqtonun onlara dəstəyinə qarşı çıxan fəallar tərəfindən azı 7 dəfə kəsilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu tədbirdə ABŞ administrasiyasının Ukrayna və İsrailə əlavə böyük maliyyə yardımı üçün müraciətinə baxılacaq.
Etirazçılar “Ayıb olsun!”, “İndi atəşkəs” şüarları səsləndirir, həmçinin əllərində “Qəzzada İsrail soyqırımına yox”, “Qəzzanın mühasirəsinə yox”, “İsrailə pul verməyi dayandırın” sözləri yazılmış lövhələr tuturlar. ” TASS xəbər verir.
Bəzi fəallar səssizcə əllərini qaldırırlar. Onların ovucları qırmızı rəngə boyanıb, Fələstin-İsrail münaqişəsi zonasında tökülən qanı simvolizə edir.
Polis nümayişçiləri zaldan çıxarır, indiyədək onlarla insan saxlanılıb.


Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər