22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İki deputatın mandatdan məhrum edilməsi tövsiyə olunur
Tarix: 31-10-2023 16:08 | Bölmə: Siyasət

Dövlət Dumasının deputatları tərəfindən təqdim edilən gəlir, əmlak və əmlak öhdəlikləri və mandat məsələləri ilə bağlı məlumatların etibarlılığının monitorinqi üzrə komissiya deputatlar Vasili Vlasov (LDPR) və Vadim Belousovun (Ədalətli Rusiya - Həqiqət naminə) səlahiyyətlərinin götürülməsini tövsiyə edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu məsələyə hələ çərşənbə günü, noyabrın 1-də baxıla bilər.
Bundan əvvəl Dövlət Dumasının deputat etikası komissiyası Vlasov və Belousovun səlahiyyətlərinə xitam vermək üçün kifayət qədər əsasları nəzərdən keçirib. Bu qərara səbəb deputatların Dövlət Duması və komitələrinin iclaslarında uzun müddət iştirak etməməsi olub.
Qeyd edək ki, Vadim Belousov rekord rüşvətə görə on il müddətinə ciddi rejimli koloniyaya məhkum edilib. Hazırda o, hökm elan edilən zaman görünmədiyi və qaçdığı üçün axtarışdadır.



Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər