12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Tənqid olunan BMT baş katibi Everestdə göründü
Tarix: 30-10-2023 16:04 | Bölmə: Siyasət

Bir müddət əvvəl Qəzza zolağında beynəlxalq humanitar hüququn pozulması iddiaları ilə tənqid atəşinə tutulan BMT-nin baş katibi Antonio Quterreş Everestə gedib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, X sosial şəbəkəsində o, arxa planda dağların əks olunduğu bir video yerləşdirərək, “Everestin ətəyində iqlim böhranının Himalay dağlarına dəhşətli təsirini öz gözlərimlə gördüm” yazıb.
Temperatur yüksəldikcə buzlaqların əriməsi artır və bu, "bütün icmaların həyatını və dolanışıq vasitələrini təhdid edir" deyib.
Quterreş “bu dəliliyi dayandırmağa” və “iqlim dəyişikliyi ilə mübarizədə irəliləməyə” çağırıb.
Bununla belə, alimlərin son araşdırmalarının nəticələrinə görə, qlobal istiləşmə mifdir.
Bundan əvvəl bildirilmişdi ki, BMT-nin baş katibi HƏMAS-ın İsrailə hücumunun səbəbləri ilə bağlı dediyi sözlərə görə üzr istəməli olub.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər