12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Fransa Daxili İşlər Nazirliyi ölkədən çıxarılma məsələsi ilə bağlı Rusiya səfirliyi ilə əlaqə saxlamayıb
Tarix: 30-10-2023 15:31 | Bölmə: Siyasət

Rusiyanın Fransadakı səfirliyi radikal islamizmdə iştirak edən rusların Rusiya Federasiyasına deportasiyası ilə bağlı rəsmi Parislə əlaqə saxlayıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya diplomatlarının sözlərinə görə, Daxili İşlər Nazirliyi müvafiq sorğu göndərməyib.
Səfirlikdən RİA Novosti-yə bildiriblər ki, “Hazırda bu mövzu yalnız fransızlar tərəfindən öz informasiya məkanında müzakirə olunur”.
Bundan əvvəl Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin bildirmişdi ki, Fransa hakimiyyəti qanunsuz fəaliyyətdə şübhəli bilinən 39 rusiyalını qəbul etmək üçün Rusiya Federasiyasının razılığını almağa ümid edir.
Fransa Arras şəhərində 57 yaşlı müəllim Dominik Bernardın qətlindən sonra təhlükəsizlik tədbirlərini gücləndirib. Silahlı hücumda İnquşetiya əsilli 20 yaşlı Məhəmməd Moquşkov şübhəli bilinir.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər