Bütün xəbərlər
Netanyahu İranı HƏMAS-ı maliyyələşdirməkdə ittiham edib
Tarix: 28-10-2023 23:19 | Bölmə: Siyasət

İran HƏMAS-ı dəstəkləyir və maliyyələşdirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, radikal təşkilatın büdcəsinin 90%-i İrandan gəlir, üstəlik, İran HƏMAS-ın fəaliyyətinə rəhbərlik edir, İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri Yoav Qalant və hərbi kabinetin üzvü Benni Qantsın iştirakı ilə keçirilən birgə mətbuat konfransında bildirib.
Eyni zamanda Netanyahu etiraf edib ki, İranın oktyabrın 7-də HƏMAS tərəfdarlarının İsraili işğal etdiyi zaman hücumun hazırlanmasında iştirakı barədə məlumatı yoxdur.
Bundan əvvəl İsrailin baş naziri müharibənin ikinci mərhələsinin başlandığını elan etmişdi. Onun sözlərinə görə, məqsədi HƏMAS-ın infrastrukturunu məhv etmək və girovları azad etməkdir.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər