Bütün xəbərlər
Ərdoğanın sözlərindən sonra İsrail Türkiyədəki diplomatlarını geri çağırır
Tarix: 28-10-2023 22:21 | Bölmə: Siyasət

İsrail Xarici İşlər Nazirliyi ölkənin Türkiyədəki diplomatik nümayəndələrinə bu dövləti tərk edərək vətənlərinə qayıtmağı tapşırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qərara səbəb Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın sözləri olub.
Xarici işlər naziri Eli Koen müvafiq göstəriş verib. Nazir qeyd edib ki, bu addım İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün atılıb.
Bundan əvvəl İstanbulda Fələstinə dəstək mitinqində çıxış edən Ərdoğan İsraili hərbi cinayətkar elan etmək niyyətində olduğunu açıqlamışdı. Türkiyə lideri onu da qeyd edib ki, Qərbdə Ukrayna münaqişəsinin qurbanları üçün göz yaşı tökənlər Qəzza zolağında uşaqların ölümünü səssizcə izləyirlər.



Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər