22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Moskva İrəvandan “təhlükəsizlik sektorunda diversifikasiya”nın nə olduğunu soruşur
Tarix: 26-10-2023 16:20 | Bölmə: Siyasət

Moskva baş nazir Nikol Paşinyanın sözləri ilə bağlı İrəvandan hərtərəfli izahat gözləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sonuncu daha əvvəl Rusiyadan uzaqlaşmağın və "təhlükəsizlik sahəsində əlaqələri şaxələndirmək" lazım olduğunu bəyan edib.
"Biz bu məsələ ilə bağlı bütün məlumatları erməni dostlarımızdan alacağımızı gözləyirik. KTMT tərəfdaşlarının qəzet vasitəsilə əlaqə saxlaması uyğun deyil", - prezidentin mətbuat katibi vurğulayıb.
Dmitri Peskov onu da xatırladıb ki, Rusiya ikitərəfli münasibətlərin tənzimlənməsində Ermənistan və Azərbaycana yardımı davam etdirir. Moskva Bakı ilə İrəvanı barışdırmaq üçün hər cür səy göstərir.
“Biz yaradıcı mövqe tuturuq və regionda vəziyyətin sabitləşməsinə nail olacağımızı gözləyirik”, - deyə, Kremlin rəsmi nümayəndəsi yekunlaşdırıb.
Yeri gəlmişkən, Paşinyanın WSJ-yə müsahibəsində səs-küylü açıqlamalarına baxmayaraq, baş nazir Rusiya hərbi bazasının respublika ərazisindən çıxarılmasının əleyhinə çıxıb. O, əmin edib ki, respublika KTMT-də və Rusiya Federasiyasının müttəfiqi olaraq qalacaq.



Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər