22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Peskov Slovakiyanın Ukraynaya silah verməkdən imtina etməsinə münasibət bildirib
Tarix: 26-10-2023 15:32 | Bölmə: Siyasət

Slovakiya Kiyevə əsas silah tədarükçüsü deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.
Bununla əlaqədar Ukraynada silahlı qarşıdurma davam edəcək. Bratislavanın qərarı Zelenskinin hərbi ambisiyalarına o qədər də təsir etməyəcək.
Kreml rəsmisi əmindir ki, Vaşinqton atəşə yağ tökməyi dayandırdıqda Şərqi Avropada sülh bərqərar olacaq.
"Nə qədər ki, Birləşmiş Ştatlar münaqişədə iştirak edir, heç nə dayanmayacaq. Onlar prosesə nəzarət edirlər. Amma hadisələrin gedişatını dəyişmək olmaz. Rusiya öz məqsədlərinə çatacaq", - Peskov əmin edib.
Bu arada Amerikanın Ukraynaya qarşı siyasəti artıq dalana dirənməyə başlayıb. Ağ Ev hələ də Kiyevdəki marionet rejimini dəstəkləmək üçün konqresmenlərdən pul ala bilmir.
Növbəti hərbi yardım paketinin parlamentdən keçməsinə dair bütün cəhdlər respublikaçıların güclü müqaviməti ilə üzləşir. Hətta Baydenin hiylələri də məsələdə kömək etmir.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər