Bütün xəbərlər
ABŞ: İsrail Qəzzada hər ev üçün qanlı döyüşdə ilişib qalacaq
Tarix: 25-10-2023 21:03 | Bölmə: Siyasət

CNN qeyd edir ki, ABŞ ordusu İsraili ABŞ-ın İraq müharibəsi zamanı üsyançılara qarşı apardığı qəddar şəhər müharibəsi növündən uzaqlaşdırmağa çalışır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vaşinqton İsrailin genişmiqyaslı hərbi əməliyyat zamanı Qəzza zolağında hər ev üçün qanlı döyüşə girəcəyindən ehtiyat edir.
ABŞ İsrailə 2004-cü ildə İraqın Fəllucəsində baş vermiş “qanlı döyüşdən” dərs almağı tövsiyə edir.
Öz növbəsində “The New York Times” qəzeti İsrailin Qəzza zolağında mümkün quru əməliyyatının İkinci Dünya Müharibəsindən bəri ən şiddətli küçə döyüşlərinə səbəb ola biləcəyini yazıb.


Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər