12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Satanovski baş verənlərdən ürəkdən təəssüflənir
Tarix: 23-10-2023 20:46 | Bölmə: Siyasət

Şərqşünas alim Yevgeni Satanovski Rusiya Xarici İşlər Nazirliyi, idarənin rəsmi nümayəndəsi Mariya Zaxarova, eləcə də xarici siyasət agentliyinin rəis müavini Mixail Boqdanovun ünvanına səsləndirdiyi fikirlərə görə üzr istəyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Satanovski Telegram kanalında qeyd edib ki, onun tərəfində yersiz emosiyalara yol verilib. "Qılınc günahkarın başını kəsməz" deyə, alim əlavə etdi. O, bu sözləri üzrxahlıq kimi qəbul etməyi xahiş edib.
Yevgeni Satanovski israilli jurnalistin YouTube kanalında yayımlanan Yaxın Şərqdəki vəziyyəti şərh edərkən Zaxarova və Boqdanovun ünvanına təhqiramiz ifadələr işlədib. Tezliklə teleaparıcı Vladimir Solovyov şərqşünası "Solovyov LIVE" telekanalından qovub.


Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər