22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Diplomatlar Qəzzada rusdilli bir ailənin ölümü ilə bağlı xəbərləri yoxlayır
Tarix: 22-10-2023 22:09 | Bölmə: Siyasət

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya diplomatları İsrailin bombardmanları nəticəsində Qəzza zolağında rusdilli bir ailənin həlak olması ilə bağlı bir neçə KİV-də yayılan xəbərləri yoxlayır.
Bildirilir ki, anklavın mərkəzindəki Deyr əl-Balyah kəndində bir qadın və uşaqlar öldürülüb. TASS Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, ilk məlumata görə, söhbət MDB ölkələrindən birinin vətəndaşlarından gedir.
Oktyabrın 20-nə olan məlumata görə, Fələstin-İsrail münaqişəsinin qızışması nəticəsində 20 Rusiya vətəndaşının öldüyü məlum olub. Ən azı iki rusiyalı Həmas yaraqlılarının girovluğundadır. Daha yeddi nəfərin taleyi naməlum olaraq qalır.
Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov bildirib ki, diplomatlar HƏMAS nümayəndələri ilə əlaqə saxlayır və rusiyalı girovların azad edilməsinə nail olmaq vəzifəsi qoyulub.
“Biz güman edirik ki, bütün kateqoriyalarda onların (ruslar) daha çox ola biləcəyini düşünürük, çünki hətta İsrail tərəfində də bütün məlumatlar yoxdur”, - Viktorov əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına İsrail, Livan, İordaniya və Fələstin ərazilərinə səyahət etməkdən çəkinməyi qətiyyətlə tövsiyə edir. Onun sözlərinə görə, oktyabr ayından bəri Təl-Əvivdən Rusiyaya 6 minə yaxın insan gəlib.



Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər