22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Burbok emosiyaları özündə saxlamağı məsləhət gördü
Tarix: 22-10-2023 16:36 | Bölmə: Siyasət

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Almaniyanın keçmiş kansleri Gexard Şreder ölkənin xarici işlər naziri Annalena Burbokun Rusiya ilə bağlı diqqətsiz və emosional şərhləri ilə bağlı tənqidi fikirlər səsləndirib.
“Berliner Zeitung” qəzetinə müsahibə verən Şreder bildirib ki, siyasətçilər, xüsusən də belə həlledici mövqedə olanlar daha diqqətli olmalı və emosional şərhlərdən çəkinməlidirlər.
Keçmiş kansler xatırladıb ki, “Rusiya onu kimin və necə idarə etməsindən asılı olmayaraq, Rusiya olaraq qalır.” Almaniya çətin də olsa, Rusiya ilə iqtisadi və siyasi münasibətləri saxlamaqda maraqlıdır”.
Annalen Berbok dəfələrlə Rusiya əleyhinə sərt bəyanatlar verib və bu, qalmaqallara səbəb olub. Yanvar ayında o, AŞPA-nın iclasında Avropa ölkələrinin “Rusiyaya qarşı müharibə aparması” barədə söylədiyi sözlərə görə sərt şəkildə tənqid edilib. Daha sonra siyasətçi səhv etdiyini etiraf edib.






Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər