Bütün xəbərlər
Lavrov Pxenyana işgüzar səfərə gəlib
Tarix: 18-10-2023 21:48 | Bölmə: Siyasət


Rusiyanın xarici işlər naziri KXDR-də işgüzar səfərdədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sergey Lavrov bundan əvvəl “Bir kəmər, bir yol” forumunun iclasında iştirak etdiyi Pekindən Pxenyana gəlib.
Diplomatik departamentin rəhbəri Koreya rəhbərliyi ilə Vostoçnı kosmodromunda əldə olunmuş razılaşmaların icrasını müzakirə etməyi gözləyir. Bu barədə TASS-a məlumat verilib.
"Budəfəki səfər hər bir məqamı ətraflı müzakirə etmək və gələcək üçün əməli addımları müəyyən etmək üçün yaxşı fürsətdir. Biz bütün razılaşmaları həyata keçirmək niyyətindəyik", - deyə, nazir bildirib.
Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin də KXDR-ə rəsmi dəvət olunub. Bununla belə, dövlət başçısının Koreyaya mümkün səfərinin vaxtı “diplomatik kanallarla” hələ razılaşdırılmayıb.
Ola bilsin ki, bu məsələ Lavrovun Pxenyanda olduğu müddətdə həllini tapsın.


Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər