22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Navalnının vəkillərindən biri ekstremizmdə şübhəli bilinərək həbs edilib
Tarix: 13-10-2023 21:36 | Bölmə: Siyasət

Oktyabrın 13-də Moskvanın Basmannı məhkəməsi Aleksey Navalnının maraqlarını təmsil edən vəkil İqor Serqunin barəsində həbs qətimkan tədbiri seçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, vəkil cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.
Moskva məhkəmələrinin birgə mətbuat xidmətinin məlumatına görə, cümə günü vəkil İqor Serqunin istintaq zamanı məhkəmənin qərarı ilə dekabrın 13-dək iki ay müddətinə həbs edilib. Navalnının müdafiəçisi ekstremist icmada iştirakda şübhəli bilinir. Serquninin günahı sübuta yetirilərsə, onu 6 ilə qədər həbs cəzası gözləyir.
RİA Novosti xəbər verir ki, istintaqın tələbi ilə məhkəmə qapalı formatda keçirilib. Bundan əvvəl Serqunin və Aleksey Navalnının daha iki vəkili - Aleksey Liptser və Vadim Kobzev axtarışa verilib.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər