Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi İsraildə yaşayan 4 rusiyalının öldüyünü bildirib
Tarix: 12-10-2023 20:36 | Bölmə: Siyasət


İsrail tərəfi İsrailin cənubundakı qarşıdurma zamanı həlak olan və itkin düşən Rusiya vətəndaşlarının sayı ilə bağlı məlumatları dəqiqləşdirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Telegram kanalının məlumatına görə, İsrailin oktyabrın 12-də yenilənmiş məlumatlarına əsasən, İsrailin cənubundakı döyüşlər nəticəsində dörd rusiyalı həlak olub. Onların hamısı yəhudi dövlətinin ərazisində daimi yaşayıb, Rusiya və İsrail vətəndaşlığına malik olublar.
Hazırda daha 6 həmyerlimiz itkin düşmüş hesab olunur. Rusiyanın Təl-Əvivdəki səfirliyi və Fələstin Milli Administrasiyasının Ramallahdakı nümayəndəliyi onların taleyinə aydınlıq gətirmək üçün bütün tədbirləri görür.
Rusiya Xarici İşlər Nazirliyi bir daha münaqişə tərəflərini yeni mülki itkilərin qarşısını almaq üçün zorakılığı azaltmağa və beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırır.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, ekstremizmin, terrorizmin, insanların girov götürülməsinin, blokadaya alınmasının, onların həyatı üçün qəsdən dözülməz şərait yaradılmasının və dinc əhaliyə qarşı digər zorakı hərəkətlərin istənilən təzahürlərini, hərbi əməliyyatlar zamanı heç bir fərq qoymadan güc tətbiqini qətiyyətlə pisləyir.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər