Bütün xəbərlər
ABŞ İsrailə əlavə yardım göstərəcək
Tarix: 08-10-2023 21:34 | Bölmə: Siyasət

ABŞ prezidenti Co Bayden Fələstinin İslamçı HƏMAS hərəkatının yaraqlılarının yəhudi dövlətinə hücumu ilə əlaqədar İsrailə əlavə yardım barədə göstəriş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə bazar günü, avqustun 8-də Ağ Evin yaydığı məlumatda deyilir.
“Bu səhər Milli Təhlükəsizlik Qrupu prezidentə və vitse-prezidentə (ABŞ-ın) vitse-prezidenti Kəmalə Harrisə İsraildəki vəziyyətlə bağlı məlumat verib”, – yazıda deyilir.
Qeyd olunur ki, ABŞ prezidenti “HƏMAS-ın misli görünməmiş terror hücumu qarşısında İsrailə əlavə yardım göstərilməsi barədə göstəriş verib”.
Eyni zamanda, söhbətin hansı yardımdan getdiyi göstərilmir.
Bu gün səhər saatlarında ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonun Qüdsün əlavə hərbi yardımla bağlı müraciətlərini nəzərdən keçirdiyini bildirib. Bununla bağlı hələlik heç bir qərar verilməyib.
Eyni zamanda, Blinken xatırladıb ki, İsrail ABŞ-dan hər il 3,8 milyard dollar hərbi yardım alır.


Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər