22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Tramp: "Ukrayna bəzi ərazilərindən imtina edə bilərdi və heç kim ölməzdi"
Tarix: 17-09-2023 22:33 | Bölmə: Siyasət

ABŞ-ın keçmiş prezidenti və 2024-cü il prezidentliyinə namizəd Donald Tramp deyir ki, Ukrayna qaça biləcəyi münaqişədə uduzur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun fikrincə, elan edilmiş “əks-hücum”a baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin hücumu heç vaxt baş verməyib.
"Xəbər agentlikləri artıq müharibədən danışmır. Bu o deməkdir ki, Ukrayna uduzur", - Tramp NBC News-ə müsahibəsində deyib.
Siyasətçinin fikrincə, Ukrayna əvvəlcə ərazilərin bir hissəsindən, o cümlədən Krımdan imtina etməsini nəzərdə tutan saziş bağlaya bilərdi.
"Onlar Rusiyanın artıq işğal etdiyi ərazilərdən daha kiçik bir ərazidə razılığa gələ bilərdilər. Heç kim ölməzdi", - deyə, Tramp davam edərək, söhbətin artıq Rusiyaya qoşulmuş bölgələrdən getdiyinə aydınlıq gətirib.
“İndi heç kim Ukraynanın nəzarət altına alınıb-almayacağını belə bilmir”, - ABŞ-ın keçmiş prezidenti yekunlaşdırıb.
Daha əvvəl MKİ-nin keçmiş hərbi analitiki Larri Conson qeyd etmişdi ki, Ukraynanın “illərlə döyüşmək” üçün resursları yoxdur və Rusiya artıq Ukrayna ordusunun NATO tərəfindən təlim keçmiş hissələrini məhv edib. Onun fikrincə, Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin artıq “döyüşmək iqtidarında olmadığı” halda “güclü zərbə vurmaq” üçün Ukrayna Silahlı Qüvvələrini “yorur”.



Baxış sayı: 154


Bölməyə aid digər xəbərlər