22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Moldova diplomatı Rusiya Xarici İşlər Nazirliyini şərhsiz tərk edib
Tarix: 13-09-2023 16:30 | Bölmə: Siyasət


Moldovanın Rusiyadakı müvəqqəti işlər vəkili iyirmi dəqiqə Rusiya Xarici İşlər Nazirliyinin divarları arasında qalıb və binadan çıxaraq jurnalistlərin suallarını cavablandırmayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha əvvəl departamentin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik Moldova rəhbəri Vitali Denisovun qovulması ilə bağlı cavab tədbirlərinin “mütləq davam edəcəyini” söyləyib. O, həmçinin mətbuat azadlığı və jurnalistlərin müdafiəsi məsələləri ilə məşğul olan beynəlxalq strukturlardan Moldova hakimiyyətinin hərəkətlərinə qiymət verməyi tələb edib.
Denisov daha əvvəl RİA Novosti-yə bildirib ki, miqrasiya xidmətinin əməkdaşları ilk reysdə deportasiya əmri ilə Kişinyovdakı evinə gələrək onu maşına mindirib və hava limanına aparıblar. Jurnalistin sözlərinə görə, Moldova hakimiyyəti öz hərəkətlərini onunla izah edib ki, guya o, ölkənin təhlükəsizliyinə təhdid yaradır.
Moldova İnformasiya və Təhlükəsizlik Xidməti “milli təhlükəsizliyə təsir edən dezinformasiyanın” yayılması riskini əsas gətirərək 2022-ci ilin fevral ayının sonunda "Sputnik Moldova"nı blokladı. Tezliklə eyniadlı radiostansiyanın yayımı dayandırıldı. Moskva Kişinyovun hərəkətlərini pisləyib, Moldova hakimiyyətinin mediaya iddialarını qərəzli və siyasiləşdirib.



Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər