Bütün xəbərlər
Baş Kəşfiyyat İdarəsinin rəisi Budanov siyasi elmlər üzrə aspirant olmaq qərarına gəlib
Tarix: 13-09-2023 16:20 | Bölmə: Siyasət


Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov siyasi elmlər üzrə aspirant olmaq qərarına gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, “Ostroq Akademiyası” Milli Universitetinə müvafiq ixtisas üzrə qəbul olmaq üçün sənədləri təqdim edib. Bu barədə Ukraynanın “Public” telekanalı məlumat yayıb.
Budanov müraciət edənlər siyahısında birincidir. Bu məlumatı artıq akademiyanın rektoru İqor Paseçnik də təsdiqləyib. Onun sözlərinə görə, bu, hələ qəbul deyil, aspiranturaya qəbul olanların reytinqidir.
Kirill Budanov Rusiyada terror aktı və terror icması yaratmaqda ittiham olunur. Bundan əlavə, o, partlayıcı maddələr və silahların qanunsuz dövriyyəsində ittiham olunur. Rusiyanən FSB-si bəyan edib ki, ötən ilin payızında Krım körpüsündə terror aktını məhz Budanov təşkil edib.


Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər