Bütün xəbərlər
Kreml Vladimir Putin və Kim Çen Inın hansı mövzuları müzakirə etmədiyinə aydınlıq gətirib
Tarix: 13-09-2023 16:16 | Bölmə: Siyasət


Rusiya lideri Vladimir Putin və KXDR-in dövlət məsələləri üzrə sədri Kim Çen In danışıqlarda nüvə müharibəsi risklərini müzakirə etməyiblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Bu heç bir şəkildə müzakirə olunmayıb, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” kanalının “60 dəqiqə” verilişində Yevgeni Popova müsahibəsində aydınlıq gətirib, liderlər ikitərəfli münasibətlər barədə danışıblar. Şimali Koreya hərbçilərinin Rusiya Federasiyası ilə Ukrayna sərhədində yerləşdirilməsi məsələsinə də toxunulmayıb.
Daha əvvəl Rusiya prezidenti bildirib ki, Şimali Koreya lideri ilə regiondakı vəziyyət və kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı ilə bağlı açıq fikir mübadiləsi aparılıb.
Beynəlxalq Təhlükəsizlik üzrə XI Moskva Konfransında Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam ABŞ-ın Şimal-Şərqi Asiya regionunda vəziyyəti nüvə müharibəsinin başlanmasına apardığını bildirib.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər