22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ukraynaya Rusiyanın mümkün genişmiqyaslı hücumu barədə xəbərdarlıq edilib
Tarix: 12-09-2023 16:26 | Bölmə: Siyasət


Keçmiş Amerika kəşfiyyatçı dəniz piyadası jurnalist və bloger Skott Ritter “Gegenpol” YouTube kanalına müsahibəsində Rusiya Silahlı Qüvvələrinin Ukraynada genişmiqyaslı hücuma keçə biləcəyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bunun Rusiya ordusunun imkanlarından kənara çıxmadığını vurğulayıb. "Yeganə sual bunun necə baş verəcəyi, harada və hansı miqyasda olacağıdır" deyib. Eyni zamanda, Ritter əmindir ki, hücum zamanı Rusiya üçün prioritet onun döyüş itkilərini minimuma endirmək olaraq qalır.
Onun fikrincə, qüvvələrin və kommunikasiya xətlərinin yerləşdiyi xəritəni təhlil etmək hətta hərbi dahi olmadan da Rusiya Federasiyasının hansı addımlarının Ukraynanı çətin vəziyyətə sala biləcəyini anlamağa imkan verir. Bundan əvvəl Ritter Ukrayna ordusunun Dnepr çayının o biri tərəfinə sıxışdırılacağı, rus qoşunlarının isə Odessaya hücum edəcəyi ssenarisini istisna etməyib.



Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər