22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Hikmət Hacıyev ermənilərin itə bomba bağlamasından yazdı
Tarix: 12-09-2023 00:10 | Bölmə: Siyasət

                     hikmet-haciyev-ermenilerin-ite-bomba-baglamasindan-yazdi


“Ermənistan silahlı qüvvələrinin və marionet rejiminin qanunsuz qüvvələrinin məsafədən idarə edilən bomba qoyulmuş itlərdən istifadə etməklə Azərbaycana qarşı növbəti əxlaqsız terror aktı. Əxlaqsızlıq sərhəd tanımır!”.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”  sosial şəbəkə hesabında bildirib.
Xatırladaq ki, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.



Baxış sayı: 204


Bölməyə aid digər xəbərlər