22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Paşinyan həyat yoldaşının Kiyevə səfərini siyasiləşdirməməyə çağırıb
Tarix: 11-09-2023 23:12 | Bölmə: Siyasət

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, həyat yoldaşı Anna Akopyanın Ukraynaya səfərini siyasiləşdirmək olmaz.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xatırladaq ki, onun həyat yoldaşı sentyabrın 6-da Kiyevə gedib və orada birinci xanımlar və cənablar sammitində iştirak edib.
Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib ki, onun həyat yoldaşı uzun müddətdir ki, birinci xanımlar və cənabların beynəlxalq tərəfdaşlığında iştirak edir. Bundan əlavə, baş nazir vurğuladı ki, oxşar hadisə yaxın vaxtlarda Ermənistanda da baş verəcək.
Anna Akopyanın qatıldığı sammitin mövzusu psixi sağlamlıq olub. Bundan əlavə, Paşinyanın həyat yoldaşı Buçaya baş çəkib və burada məktəblilərə humanitar yardım edib.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər