Bütün xəbərlər
Kreml Kim Çen Inın səfərinin təfərrüatlarını açıqlayıb
Tarix: 11-09-2023 23:00 | Bölmə: Siyasət


Yaxın bir neçə gün ərzində Rusiya prezidenti ilə KXDR lideri arasında görüş baş tuta bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu, tammiqyaslı səfər olacaq.
Bu, iki nümayəndə heyəti arasında danışıqlar olacaq. Bundan sonra zərurət yaranarsa, Vladimir Putin və Kim Çen In təkbətək formatda ünsiyyəti davam etdirəcəklər, Peskov jurnalist Pavel Zarubinlə söhbətində bildirib. Onlar ikitərəfli münasibətləri müzakirə etmək niyyətindədirlər. Rusiya KXDR ilə dostluğunu möhkəmləndirməyə davam edəcək.
Bundan əlavə, Şimali Koreyadan olan qonağın şərəfinə Rusiya prezidenti adından rəsmi nahar da nəzərdə tutulub. Dmitri Peskovun cavabı ZARUBIN Telegram kanalında dərc olunub.
Kim Çen Inın Rusiyaya dəvət olunması faktı bazar ertəsi, sentyabrın 11-də məlum olub.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər