22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Erməni silahlıları yenə səngər qazmağa cəhd etdi
Tarix: 08-09-2023 15:45 | Bölmə: Siyasət

                      ermeni-silahlilari-yene-senger-qazmaga-cehd-etdi



Sentyabrın 8-i saat 13:35-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Sabaha-inamla.az xəbər verir ki, Müdafiə Nazirliyindən (MN) “Qafqazinfo”ya verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
“Bundan başqa, saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, - MN-in məlumatında vurğulanıb.



Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər