22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Bakıdakı vəzifəsindən çıxdı, Naxçıvanda nazir təyin edildi
Tarix: 08-09-2023 15:40 | Bölmə: Siyasət

                      bakidaki-vezifesinden-cixdi-naxcivanda-nazir-teyin-edildi


Naxçıvan Muxtar Respublikasında rabitə və yeni texnologiyalar naziri təyin edilib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun sərəncamı ilə Rahid Ələkbərli bu vəzifəyə təyin olunub.
Bildirilib ki, Rahid Ələkbərli əslən Şahbuz rayonundandır. O, yeni təyinatadək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş informasiya direktoru vəzifəsində çalışıb.
R.Ələkbərli daha əvvəl ADA Universitetində informasiya texnologiyaları və sistemləri üzrə rəhbər, 2018–2021-ci illərdə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəhbəri, 2021-ci ilin martından 2022-ci ilin yanvarına qədər nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri, 2022-ci ildə təsis edilən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri kimi də fəaliyyət göstərib.



Baxış sayı: 216


Bölməyə aid digər xəbərlər