22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Borrell salamı gürcü dilində tələffüz edə bilmədi
Tarix: 07-09-2023 21:08 | Bölmə: Siyasət


Avropa diplomatiyasının rəhbəri Josep Borrell Tbilisidə jurnalistlərlə söhbət edərkən salamını gürcü dilində tələffüz edə bilməyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bir neçə dəfə “salam” (“qamarjoba”) sözünü səhv tələffüz edib.
Çıxışının əvvəlində Borrell dedi: “Mən bunu sizin dilinizdə deməyə çalışacağam”.
Zalda olan biri ona düzəliş etdi.
"Qəmərdoba? Yaxşı. Qəmərdoba!" – Borrell gülümsədi və nitqini ingiliscə davam etdirdi.
Avropa diplomatiyasının rəhbəri Gürcüstana ölkə rəhbərliyi ilə dövlətin Avropa İttifaqına üzvlük üçün namizəd statusu alması üçün aparılmalı olan islahatları müzakirə etmək üçün gəlib. Həmçinin səfərin mövzuları arasında Ukrayna münaqişəsi, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstək də var.



Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər