22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Peskov: "ABŞ-da rusların əmlakına həbs qoyulması hüquqi cəfəngiyyatdır"
Tarix: 07-09-2023 16:15 | Bölmə: Siyasət


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın rusların əmlakını ələ keçirməsinə hüquqi baxımdan haqq qazandırmaq cəhdləri Kremldə hüquqi cəfəngiyyat adlandırılıb.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib: “Onların bu qanunsuzluğu davam etdirmək üçün hüquqi əsas tapmağa nail olduqlarına dair hər hansı iddia tamamilə hüquqi cəfəngiyyatdır”.
Bundan əvvəl ABŞ hakimiyyəti 2014-cü ildən sanksiya siyahısında olan rusiyalı biznesmen Konstantin Malofeyevin 5,4 milyon dollarını müsadirə edib. ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, bu vəsait Ukrayna ordusunun ehtiyaclarına yönəldiləcək.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər