Bütün xəbərlər
Moskva Danimarkanın diplomatların sayını azaltmaq tələbindən nəticə çıxarır
Tarix: 01-09-2023 23:23 | Bölmə: Siyasət


Moskva Danimarkanın Rusiyanın Kopenhagendəki səfirliyindəki diplomatların sayını üç dəfə azaltmaq tələbindən nəticə çıxaracaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın agentliyin saytında dərc olunmuş bəyanatında deyilir.
“Biz Danimarka hakimiyyətinin Rusiyanın Kopenhagendəki səfirliyində çalışan diplomatik işçilərin sayının 15 nəfərdən 5 nəfərə endirilməsi tələbini Danimarka rəhbərliyinin ölkəmizə qarşı düşmən mövqeyinin növbəti təzahürü kimi qiymətləndiririk”, - bəyanatda qeyd olunub.
Sənəddə vurğulanır ki, “bundan təbii ki, lazımi nəticələr çıxarılacaq”.
Bundan əvvəl, sentyabrın 1-də Danimarka Xarici İşlər Nazirliyi Rusiya diplomatik missiyasının işçilərinin sayının Danimarkanın Moskvadakı səfirliyinin işçilərinin sayına uyğun olaraq azaldılmasını tələb etmişdi. Kopenhagenin tələbi ilə ixtisar sentyabrın 29-na qədər tamamlanmalıdır.


Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər