Bütün xəbərlər
Vladivostokda yanan evdən 12 nəfər təxliyə edilib
Tarix: 29-08-2023 22:31 | Bölmə: Siyasət


Fövqəladə Hallar Nazirliyinin Primorsk diyarı üzrə Baş İdarəsinin yaydığı məlumata görə, yanğınsöndürənlər avqustun 28-nə keçən gecə yanğın baş vermiş doqquzmərtəbəli binanın 12 sakinini xilas ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Morozov küçəsində yanğınla bağlı xəbər saat 03:54-də daxil olub və 9 dəqiqə sonra yanğınsöndürənlər ikinci mərtəbədəki mənzildə yanğını söndürməyə başlayıblar. Elə yerindəcə bir neçə mənzilin tüstüdən kəsildiyi məlum olub. Qaz və tüstüdən mühafizə xidmətinin bölmələri xilasedicilərin köməyi ilə blokada olan sakinləri təxliyə ediblər.
İdarədən bildirilib ki, 41 yaşlı kişi xəsarət alıb, ölən olmayıb.
Yanğın nəticəsində mənzil təxminən 12 kv.m sahədə içəridən tamamilə yanıb. Yanğının səbəbləri və dəymiş ziyan araşdırılır.
Söndürmədə 43 canlı qüvvə və 8 texnika iştirak edib.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər