Bütün xəbərlər
Kiyevdə prezident seçkiləri 2024-cü ilin yazında keçirilə bilər
Tarix: 29-08-2023 08:47 | Bölmə: Siyasət


İspaniyanın “El Pais” qəzeti mənbələrə istinadən yazır ki, Vladimir Zelenskinin reytinqinin aşağı düşməsini dayandırmaq üçün Kiyev gələn ilin yazında prezident seçkiləri keçirə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrin sadaladığı məqsədlərdən biri də Rusiya ilə mümkün danışıqlar ərəfəsində xalqın mandatını əldə etməkdir. Ukrayna Xarici İşlər Nazirliyinə yaxın “El Pais” mənbələri qeyd edir ki, silahlı münaqişə başa çatarsa, prezident və onun yeni hökumətini bu şəkildə legitimləşdirmək üçün Ukraynada seçkilər keçiriləcək.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər