22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
"Reaper" "Su-30"-u görərək arxaya çevrildi
Tarix: 27-08-2023 23:14 | Bölmə: Siyasət


Hava hücumundan müdafiə qüvvələrinin növbətçiliyində olan Rusiyanın "Su-30" qırıcısı havaya qalxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşan və Qara dəniz üzərində hava məkanına nəzarət vasitəsi ilə aşkar edilən hədəfdir. Qırıcı ekipaj hədəfin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9A "Reaper" kəşfiyyat pilotsuz təyyarəsi olduğunu müəyyən edib.
Rusiya Müdafiə Nazirliyinin teleqram kanalı xəbər verir ki, "Su-30" yaxınlaşan zaman pilotsuz təyyarə sərhəddən dönüb və təyyarə öz baza aerodromuna qayıdıb.
Uçuş hava məkanından istifadə üzrə beynəlxalq standartlara uyğun həyata keçirilib.
Bundan əvvəl amerikalıların Qara dəniz üzərində kəşfiyyat uçuşlarını bərpa etdiyi bildirilirdi. Krım sahillərində MQ-9 "Reaper" ilə insidentdən sonra pilotsuz təyyarənin qəfil manevrdən dənizə düşməsi nəticəsində pilotsuz təyyarələrin uçuşları dayandırılıb.



Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər