22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Rusiya himni və Putinin çıxışı Polşada qatarları iflic edib
Tarix: 26-08-2023 23:59 | Bölmə: Siyasət


Polşanın Şeçin şəhəri yaxınlığında qatarların hərəkəti müvəqqəti olaraq iflic olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb naməlum şəxslərin idarəetmə sisteminə müdaxiləsi olub. Bu barədə "Wyborcza" qəzeti məlumat yayıb.
Avqustun 25-i axşam saatlarında qatarların hərəkətinin dayanması müşahidə olunub. Nəşrin məlumatına görə, kimsə radiosiqnallara əsaslanan təhlükəsizlik sisteminə müdaxilə edib. Hakerlər həyəcan təbili çalıblar. Onu həm qatarlarda, həm də dəmir yolu postlarında qəbul edirdilər. Həyəcan siqnalı ilə yanaşı, Rusiya himni və Vladimir Putinin çıxışlarından birinin fraqmentləri də yayımlanıb.
Dəmiryol xidmətləri hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Tezliyin pozulması bir neçə sərnişin qatarının gecikməsinə səbəb olub.



Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər