Bütün xəbərlər
Tailand ruslar üçün vizasız qalma müddətini 3 dəfə artırmağı planlaşdırır
Tarix: 26-08-2023 23:53 | Bölmə: Siyasət

Ruslar Taylandda vizasız qalma müddətini 90 günə qədər artıra bilərlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tailandın yeni seçilmiş baş naziri Settha Thavisin turizm sənayesinin nümayəndələri ilə görüşərək, qış üçün Taylanda çoxlu sayda Rusiya vətəndaşının gəlməsinə diqqət çəkib. Amma onların qalma müddəti 30 günlə məhdudlaşır - bu, iki ölkə arasında vizasız giriş haqqında razılaşmanın nəticəsidir. Hakimiyyət rusların Taylandda 3 dəfə çox qala bilməsini təmin etməyə çalışacaq. Daha soyuq iqlimi olan ölkələrin sakinləri (məsələn, Qazaxıstan) üçün də eyni şeyi etməyə çalışacaqlar.
Settha Thavisin avqustun 22-də baş nazir seçilib
. İndi o, ölkənin yeni hökumətini formalaşdırır.


Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər