Bütün xəbərlər
Özbəkistan prezidentinin qızı onun köməkçisi təyin edilib
Tarix: 25-08-2023 23:57 | Bölmə: Siyasət


Şavkat Mirziyoyevin böyük qızı Səidə Mirziyoyeva Özbəkistan prezidentinin köməkçisi vəzifəsinə təyin edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının imzaladığı müvafiq sərəncamı onun mətbuat katibi Şerzod Əsədov bildirib.
Bundan əlavə, o, 17 nəfərdən ibarət prezident administrasiyasının yenilənmiş tərkibini dərc edib.
Bundan əvvəl Mirziyoyev onun strukturunda bir sıra dəyişikliklər edərək, xüsusən də Özbəkistan prezident administrasiyasının rəhbəri vəzifəsini ləğv edib.
“RİA Novosti” xəbər verir ki, ötən ilin iyulundan bu vəzifədə çalışan Sardor Umurzakov dövlət başçısının xüsusi tapşırıqlar üzrə müşaviri təyin edilib.
2022-ci ilin noyabrından Səidə Mirziyoyeva Özbəkistan Prezidenti Administrasiyasının icra aparatının rabitə və informasiya siyasəti sektorunun müdiri vəzifəsində çalışır.


Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər