Bütün xəbərlər
Vladimir Putin: "Priqojin çətin taleyi olan, lakin istedadlı insan idi"
Tarix: 24-08-2023 23:32 | Bölmə: Siyasət


Vladimir Putinə Priqojinlə təyyarə qəzasının təhqiqatı barədə məlumat verilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə o, DXR rəhbəri vəzifəsini icra edən Denis Puşilinlə görüşdə bildirib.
Prezident bildirib ki, İstintaq Komitəsi artıq təyyarə qəzası ilə bağlı araşdırmalara başlayıb. Tamamlanacaq.
"İndi ekspertizalar aparılır: texniki müayinələr, genetik. Bu, bir qədər vaxt aparacaq", - Putin bildirib.
Prezidentin sözlərinə görə, Yevgeni Priqojin çətin taleyi olan, lakin istedadlı insan olub. Elə dünən Afrikadan qayıdıb və Rusiyada bəzi rəsmilərlə görüşüb.
Dövlət başçısı təyyarə qəzasında həlak olanların ailələrinə də başsağlığı verib.
Xatırladaq ki, sərnişinlər siyahısında Yevgeni Priqojinin də olduğu “Embraer” biznes-jeti avqustun 23-də Tver vilayətində qəzaya uğrayıb. Təyyarənin Moskvadan Sankt-Peterburqa uçduğu, göyərtəsində 10 nəfərin olduğu məlum olub.


Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər