Bütün xəbərlər
Putin Hindistanı Ayın fəthi münasibətilə təbrik edib
Tarix: 23-08-2023 23:57 | Bölmə: Siyasət

Rusiya prezidenti Vladimir Putin hindistanlı həmkarını və baş nazirini “Çandrayaan-3” stansiyasının Aya uğurlu enişi münasibətilə təbrik edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının sözlərinə görə, bu hadisə respublika üçün kosmik tədqiqatlarda böyük addımdır.
"Hindistan elmi və texnoloji sahədə heyranedici irəliləyiş əldə edib. Xahiş edirəm, mənim səmimi təbriklərimi və milli kosmik tədqiqat təşkilatının rəhbərliyinə və əməkdaşlarına yeni nailiyyətlər arzuladığımı çatdırın", - Rusiya liderinin Kremlin saytında dərc olunmuş teleqramında deyilir.
“Çandrayan-3” avqustun 23-də günortadan sonra Yerin təbii peykinin cənub qütbünə eniş edib. Narendra Modi eniş aparatını Cənubi Afrikadan canlı izləyib.
O, hadisəni inkişaf etmiş Hindistan üçün fanfar kimi səslənən tarixi nailiyyət adlandırıb.


Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər