Bütün xəbərlər
Qırıcı təyyarələr iki pilotsuz təyyarə səbəbindən Qara dəniz üzərində qaldırılıb
Tarix: 22-08-2023 23:30 | Bölmə: Siyasət

Rusiya Müdafiə Nazirliyi avqustun 22-də Krım yarımadası ərazisində havadan kəşfiyyat aparan iki pilotsuz uçuş aparatının Qara dəniz üzərində göründüyünü açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Hərbi İdarəsinin məlumatına görə, çərşənbə axşamı Rusiya Aerokosmik Qüvvələrinin hava məkanına nəzarəti Qara dəniz üzərində iki pilotsuz uçuş aparatı - MQ-9 "Reaper" və TB2 "Bayraktar" qeydə alınıb.
Rusiya Federasiyasının dövlət sərhədinin keçməsinin qarşısının alınması və elektron kəşfiyyatın aparılmasına qarşı mübarizə məqsədilə Hava Hücumundan Müdafiə Qüvvələrinin növbətçi hissəsindən iki qırıcı səmaya qaldırılıb. Rusiya hərbi təyyarələri peyda olanda dronlar uçuş istiqamətini dəyişərək ərazini tərk ediblər.


Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər