Bütün xəbərlər
Rusiya Ukrayna böhranının həlli ilə bağlı ciddi təkliflərə cavab verməyə hazırdır
Tarix: 22-08-2023 23:29 | Bölmə: Siyasət


Rusiya Ukraynadakı vəziyyətin nizamlanması məsələsini diplomatiya yolu ilə həll etməyə hazırdır və ciddi təkliflərə cavab verəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Braziliyanın “Brasil de Fato” agentliyinə müsahibəsində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, Moskvanın sülhə nail olmağa yönəlmiş humanitar və vasitəçilik təşəbbüslərini yüksək qiymətləndirdiyini vurğulayıb.
“Biz böhranın diplomatik yolla həllinə həmişə açıq olmuşuq və açıq qalırıq və həqiqətən də ciddi təkliflərə cavab verməyə hazırıq”, - RİA Novosti Zaxarovanın sözlərindən sitat gətirir.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Ukrayna hakimiyyəti Moskva ilə danışıqları dayandırıb və onlara qadağa qoyub.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər