22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Dağıstan rəhbəri Mahaçqalada baş verən partlayışın səbəbini açıqlayıb
Tarix: 17-08-2023 23:11 | Bölmə: Siyasət

Mahaçqalada baş verən partlayışa səbəb həm sahibkarların, həm də nəzarət orqanlarının vicdansızlığı olub, Dağıstanın rəhbəri Sergey Melikov bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rayon rəhbəri onu da bildirib ki, ölənlərin şəxsiyyətinin müəyyən edilməsi proseduru davam edir. İndiyədək 17 nəfərin şəxsiyyəti müəyyən edilməyib.
"Bu gün biz belə qısa müddət ərzində ehtiyacı olanlara lazımi maddi yardım göstərə bilmirik. İndi zərərçəkənlərin nə qədər yardıma ehtiyacı olacağı ilə bağlı yoxlamalar aparılır", - RİA Novosti Melikovun sözlərindən sitat gətirib.
Xatırladaq ki, avqustun 14-də Mahaçqalada partlayış baş verib. 35 nəfər həlak olub. Daha 119 nəfər, o cümlədən 20 uşaq yaralanıb. Son məlumata görə, 46 qurban xəstəxanalarda qalır.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər