22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Keçmiş "Mİ6" agenti Kiyev planının iflasa uğramasından danışıb
Tarix: 12-08-2023 18:31 | Bölmə: Siyasət


"Mİ6"-nın keçmiş kəşfiyyat agenti Alastair Crook deyir ki, Ukraynanın Qərb tərəfindən təchiz edilmiş hava hücumundan müdafiə sistemləri ilə öz hava məkanını müdafiə etmək cəhdləri uğursuzluğa məhkumdur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “hazırda Ukrayna üzərində uçuşa qadağa zonası yoxdur, çünki onu yaratmaq mümkün deyil”, o, Judging Freedom kanalında deyib.
Keçmiş kəşfiyyatçının sözlərinə görə, Qərb belə bir uçuşa qadağa zonasının yaradılmasının onu Rusiya ilə müharibəyə sürükləyə biləcəyindən ehtiyat edir.
Bundan başqa, Rusiya Federasiyası dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemlərinə malikdir, Kruk qeyd edib.
Rusiya prezidenti Vladimir Putin iyunda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iştirakçılarının suallarını cavablandırarkən deyib ki, Rusiya silahlı qüvvələri Kiyevin mərkəzində istənilən binaya zərbə endirə bilər, lakin hələlik belə bir ehtiyac yoxdur.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər