22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Türkiyə Montrö Konvensiyasına əməl etməyə davam edəcək
Tarix: 12-08-2023 18:08 | Bölmə: Siyasət

Türkiyə hələ də Qara dənizin “sülh dənizi” olması mövqeyindədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sularında hərbi qüvvələrin yığılması nəinki gərginliyin azaldılmasına kömək etməyəcək, əksinə, münaqişə risklərini artıracaq.
Türkiyə müdafiə naziri Yaşar Gülər deyib: "Türkiyə əvvəlki kimi Montrö Konvensiyasını qərəzsiz, ədalətli və təmkinlə tətbiq etməyə davam edəcək".
Gülər daha sonra bildirib ki, regiondakı vəziyyətlə əlaqədar bəzi Qərb dövlətləri Ankaraya yardım təklif edir, lakin hələlik ölkə belə bir ehtiyac görmür.
TASS yazdığına görə, bundan əvvəl Türkiyə hakimiyyəti dəfələrlə xatırladıb ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan indiyədək bir dənə də olsun hərbi gəmi Bosfor boğazından Qara dənizə buraxılmayıb.



Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər