22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Dövlət Departamenti Moskva şəhərində baş verən terror aktını şərh edib
Tarix: 31-07-2023 23:18 | Bölmə: Siyasət


Döyüş əməliyyatlarının necə aparılması ilə bağlı qərar Ukraynanın ixtiyarındadır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Moskva şəhərində baş verən hücumu şərh edib.
Bununla belə, Miller əlavə edib ki, dövlətlər Rusiya Federasiyasının ərazisinə zərbələri dəstəkləmir.
Xatırladaq ki, iyulun 30-da Ukraynanın üç pilotsuz təyyarəsinin Rusiya paytaxtına hücum etdiyi məlum olub. Biri Moskva vilayətinin Odintsovo rayonunda, digər ikisi isə Moskva şəhərində partladılıb.
İki binaya ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğursuzluqla nəticələndiyi üçün Kiyev Rusiyanın mülki infrastrukturuna terror hücumları təşkil etməyə çalışır.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər